Dünya Bankı Azərbaycana güzəştli kredit təklif edə bilər

Dünya Bankı Azərbaycana güzəştli kredit təklif edə bilər.

Trend-in xəbər
verir ki, bu barədə bankın məlumatında deyilir.

Məlumata əsasən, Dünya Bankı münaqişələrdə iştirak etmiş ölkələr
üçün xüsusi kreditləşmə şərtləri tətbiq edəcək. Bu şərtlərə
kreditlər üzrə faiz dərəcələrinin azalması daxildir. Münaqişələrin
toxunduğu ölkələrin siyahısı hər il iyulun 1-də yenilənir.

“Azərbaycan üçün güzəştli kredit təklifi 2023-cü il iyunun
30-dək qüvvədə olacaq”, – Dünya Bankının məlumatında deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: