NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

Novruz Bayramı münasibətilə NEQSOL Holding beynəlxalq şirkətlər
qrupunun səhmdarının qərarı ilə “YAŞAT” Fonduna 500 000 manat
məbləğində vəsait köçürülüb. Ödəniş holdinqin tərkibində olan
Bakcell və Norm şirkətləri tərəfindən həyata keçirilib.

NEQSOL Holding, Azərbaycan xalqının zəngin adət-ənənələrinə və
milli dəyərlərinə uyğun olaraq Novruz Bayramı ərəfəsində bu
vəsaitin ayrılmasına mühüm önəm verir. Bu vəsait hərbi
əməliyyatlardan zərər çəkmiş şəxslərin, eləcə də şəhid ailələrinin
sosial müdafiəsinin daha da möhkəmləndirməsinə əlavə dəstək
verəcək.

“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə
təsis olunub. Fondun vəsaiti Azərbaycanın ərazi bütövlüyünün
bərpası uğrunda mübarizədə yaralananların müalicəsi, onlara və
şəhid ailələrinə psixoloji dəstək, məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi və digər
sosial ehtiyaclar üçün nəzərdə tutulur.

NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupudur.

Qarşıdan gələn Novruz Bayramı münasibətilə NEQSOL Holding bütün
Azərbaycan xalqını təbrik edir, firavanlıq və davamlı inkişaf
arzulayır.

Teqlər: