Neftin qiymətinin kəskin artması Afrika ölkələrində yanacaq qıtlığına səbəb olub

Rusiya neftinin tədarükündəki məhdudiyyətlərin də səbəb olduğu
enerji qiymətlərinin kəskin artması Afrikada yanacaq qıtlığına
səbəb olub.

Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, bir qayda olaraq, kiçik
istehsal gücünə malik olan Afrikanın enerji şirkətləri uzun
illərdir ki, xam neft və neft məhsullarını ya Yaxın Şərqdən, ya da
Asiya-Sakit okean regionundan alıblar.

İxracatçılar əsas neft tankerlərini Toqo sahillərinə göndərərək,
buradan yanacağı daha kiçik partiyalara bölüşdürür və daha sonra
spot qiymətlərlə satırdı. Afrika istehsalçıları uzunmüddətli
müqavilələr əsasında neft idxal edə bilmədiklərindən, onlar elə bir
vəziyyətə düşüblər ki, yüksək enerji qiymətləri səbəbindən
istehsalı əhəmiyyətli dərəcədə azaltmağa məcbur olublar.

CAR, Kamerun, Qana və Seneqaldakı bir neçə neft emalı zavodu
istehsalı tamamilə dayandırmaq məcburiyyətində qalıb. Afrikanın ən
böyük neft istehsalçısı və ixracatçısı olan Nigeriya da
çətinliklərlə üzləşib.