Helsinki Ankara ilə dialoqu davam etdirməyə hazırdır – XİN

Helsinki Finlandiyanın NATO-ya üzv olmaq niyyəti ilə bağlı
Ankara ilə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Türkiyə ilə
danışıqlar prosesini davam etdirməyə hazırdır.

Trend xəbər
verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto
deyib.

“Türkiyənin təhlükəsizliyi ilə bağlı bir sıra məsələləri ətraflı
nəzərdən keçirə bildik. Və təbii ki, biz Türkiyə ilə bu dialoqu
davam etdirməyə hazırıq”, – nazir bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında mövcud dialoq
Finlandiyanın NATO-ya mümkün qəbulundan sonra da davam
etdirilməlidir.