Neftçi klubunun yeni transferi komandaya qoşuldu

Neftçi klubunun yeni transferi komandaya qoşuldu

Avropa Liqasına hazırlaşan klublarımızdan biri də “Neftçi” futbol klubudur.

Paytaxt təmsilçisi də sərt karantin rejiminə görə Bakıdan uzaq düşüb hazırlıqları Qəbələdə davam etdirir.

Klubun mətbuat katibi Rüstəm Allahverdiyev komandanın hazırlıq planından bəhs edib:

“Komanda Qəbələdə hazırlıqları davam etdirir. Təbii ki, yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub. Hələki sakitçilikdir. Komanda məşqləri davam etdirir. “Neftçi”dən gedənləri də, gələnləri də açıqlayırıq. Komandaya yeni cəlb olunan nigeriyalı futbolçu Yusuf Laval da artıq Azərbaycana gəlib. Dünən axşam saatlarında Qəbələyə gedən futbolçu artıq komandaya qoşulub”.