Neftçalada Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub

Neftçala rayonunda Xocalı soyqırımının 30-cu ildönümü dərin
hüznlə qeyd olunub, şəhidlərin xatirəsi anılıb.

Neftçala şəhərinin mərkəzi meydanında faciə qurbanlarının
xatirəsinə ucaldılan “Xocalı abadəsi” ziyarət olunub, önünə gül
dəstələri düzülüb, şəhid xocalılıların xatirəsi ehtiramla anılıb,
ruhlarına dualar oxunulub və ağacəkmə aksiyası keçirilib.


Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən
Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə,
müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri
və müharibə iştirakçıları iştirak edib.

Teqlər: