Ağdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacaq

Xəbər - Elçin Mehdiyev – Trend:

Ağdamda Xocalı soyqırımı qurbanlarının dəfn edildiyi ərazidə
onların xatirəsinə həsr edilmiş abibə qoyulacaq.

AzerTimes-ın məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil
olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsinin baş məsləhətçisi Bəşir Hacıyev
deyib.

“Azğınlaşmış ermənilər Xocalıda qadın, uşaq, qoca demədən hər
kəsi güllələyib, qəddarlıqla qətlə yetirib. Biz heç zaman bu
faciəni unutmayacağıq. 44 günlük Vətən müharibəsində Müzəffər Ali
Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” şüarı altında Xocalı
qurbanlarının qisasını aldıq”, – B.Hacıyev deyib.

Teqlər: