Nazirlik uşaqlarına ad qoymaqda çətinlik çəkən valideynlərə tövsiyə verib

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda uşaqlara ad qoymaqda çətinlik çəkən vətəndaşlara
tövsiyə verilib.

AzerTimes-ın
məlumatına görə, Ədliyyə Nazilriyinin “Adın, ata adının, soyadın
dəyişdirilməsi” mövzusunda bu gün keçirilən onlayn brifinqində
nazirliyin əməkdaşı Nahid Səfərli bildirib ki, uşaqlara ad
qoyulmasında çətinlik çəkən vətəndaşlar üçün Azərbaycan dilinin
böyük izahlı lüğəti və Azərbaycan dilində şəxs adlarının izahlı
lüğəti bütün qeydiyyat şöbələrində və icra hakimiyyətləri
nümayəndəliklərində vətəndaşların istifadəsi üçün təmin edilib.

“Həmçinin Ədliyyə Nazirliyinin internet səhifəsində Azərbaycan
adları barədə ətraflı məlumat yerləşdirib. Vətəndaşlar internet
səhifəsindən adların mənası, ölkədə yayılma səviyyəsi, statistikası
barədə ətraflı məlumat əldə edə bilərlər”, – deyə o bildirib.


Nazirlik rəsmisi vətəndaşlara öz övladlarına milli adlar
qoymalarını tövsiyə edib. “Ola bilər ki, hansısa xarici ad həmin
ölkədə normal səslənir, ancaq bizim dildə normal səslənmir,
tələffüzü çətin olur və ya onun mənası yaxşı səslənmir. Bu isə
həmin adı daşıyan şəxsin gələcəkdə gülüş mənbəyinə çevrilə
bilməsinə səbəb olar. Hətta bəzi vətəndaşlar övladlarına çizgi
filmlərindəki personajların adlarını verirlər. Bu səbəbdən tövsiyə
edərdim ki, uşaqlarda milli adlara üstünlük versinlər”, – deyə o
bildirib.

Teqlər: