Antiinhisar xidməti yeni dövlət standartlarının sayını açıqlayıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 36 yeni dövlət standartı
qəbul edib.

Trend-in
məlumatına görə, bunu xidmətin rəhbəri Məmməd Abbasbəyli 2021-ci
ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ildə yeni dövlət standartlarının
sayı 19 olub.

“Yeni dövlət standartlarının qəbul olunması bizə Rusiya, Avropa
və digər regionların bazarlarına çıxış imkanlarını artırmağa imkan
verdi. Bundan başqa məhsul ixracı üçün 60 745 sertifikat verilib.
2020-ci ildə bu rəqəm 48 906-ya bərabər idi. Bu göstəricinin artımı
ölkəmizin ixrac potensialının artdığını göstərir. Həmçinin hesabat
dövründə biz 113 strukturu akkreditasiyadan keçirmişik”, – deyə o
bildirib.


Xidmət rəhbəri qeyd edib ki, Azərbaycanın akkreditasiyası bütün
ölkələrdə tanınacaq.

(Tərcümə: Orxan Nəbiyev)