Naxçıvanda yolla bağlı bu problem aradan qaldırıldı

Naxçıvanda yolla bağlı bu problem aradan qaldırıldı

Naxçıvan Muxtar Respublikasının magistral yollarında yol hərəkəti nişanlarının qeyri-standart vəziyyətdə asfalt üzərində qoyulması halları aradan qaldırılıb.

AzerTimes xəbər verir ki, muxtar respublikanın əsas magistral yollarında hərəkəti tənzimləyən yol nişanları standartlara uyğun olaraq şauqili vəziyyətə gətirilib.

Həmçinin baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə şəhər və rayon mərkəzlərinə, eləcə də kəndlərdə hərəkətin intensiv olduğu küçələrdə və ümumtəhsil məktəblərinin giriş-çıxışlarına müasir tipli tramplinlər quraşdırılır.

Artıq Naxçıvan şəhərinin bütün mərkəzi küçə və prospektlərində hərəkətin intensiv olduğu yerlərdə yol nişanların şauqili vəziyyətə gətirilməsi işi yekunlaşıb.

Qeyd edək ki, muxtar respublikada son vaxtlar avtomobillə qəza hallarının artması, hərəkəti tənzimləyən yol nişanlarının qeyri-standart vəziyyətdə asfalt üzərində qoyulması sürücülərdə və sakinlər arasında haqlı narazılıqlara səbəb olub. Buna görə də məsələ ilə bağlı artıq bir neçə aydır müvafiq işlərin aparılmasına başlanılıb. Əvvəl yol nişanlarının asfalt üzərində olması sürücülərin bu nişanları görməsində problemlər yaradırdı.

Teqlər: