KİA ağaca çırpıldı: xəsarət alanlar var – Foto

KİA ağaca çırpıldı: xəsarət alanlar var – Foto

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunun rayonun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan 99-UO-776 dövlət nömrə nişanlı KİA markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı 1997-ci il təvəllüdlü Vüsal Məsim oğlu Mirzəlizadə və 1984-cü il təvəllüdlü Samirə Eldar qızı Ağaməmmədova xəsarət alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Teqlər: