Navalnının arvadı: Putin, buna görə cavab verəcəksən!

Navalnının arvadı: Putin, buna görə cavab verəcəksən!

Bu gün həbsdə ölən rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Münhen Təhlükəsizlik Konfransında çıxış edərək ərinin ölümü ilə bağlı xəbərləri şərh edib.

AzerTimes xəbər verir ki, onun çıxışı siyasətçinin Yutub kanalında yayımlanıb.

“Yalnız Rusiya hökumət mənbələrindən aldığımız bu dəhşətli xəbərə inanıb-inanmayacağımı bilmirəm. Biz uzun illərdir ki, Putinə və Putin hökumətinə etibar edə bilmirik. Həmişə yalan danışırlar. Amma əgər bu doğrudursa, mən istəyirəm ki, Putin və onun ətrafındakı hər kəs bilsin ki, ölkəmizə, mənim ailəmə qarşı etdikləri hər şeyə görə məsuliyyət daşıyırlar və cavab verəcəklər. Və o gün çox yaxındadır”, – Navalnaya bildirib.

O, beynəlxalq ictimaiyyəti birləşməyə və “şəri məğlub etməyə” çağırıb.

Qeyd edək ki, bu gün Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.

Teqlər: