Navalnı ideal anda, “uğurla” öldü – Korotçenko

Navalnı ideal anda, “uğurla” öldü – Korotçenko

Mən sui-qəsd nəzəriyyələrinin – konspirologiyanın tərəfdarı deyiləm, lakin Navalnı tam vaxtında, son dərəcə “uğurla” – deyə bilərik – Qərb üçün ən əlverişli, sadəcə olaraq ideal anda öldü.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko rusiyalı müxalif lider Aleksey Navalnının bu gün cəzaçəkmə müəssisəsində ölməsi haqda qeyd edib.

“Təsadüf, yoxsa ingilis qadın … edir? Bilmirəm, yarılma göstərəcək.

İndi Qərbdə böyük fəryad olacaq. Necə reaksiya verməli? Heç bir halda bəhanə gətirməməlisən – heç nə ilə! Qoy cəhənnəm olsunlar!

Navalnının ölümü Rusiyaya qarşı Qərb koalisiyasının yüksək səviyyəli rəsmilərinin iştirak edəcəyi genişmiqyaslı informasiya kampaniyasına səbəb kimi istifadə olunacaq.

Navalnı “Rosfinmonitorinq” tərəfindən ekstremizm və terrorizmlə məşğul olan şəxslər siyahısına daxil edilib”, – Korotçenko bildirib.

Teqlər: