Navalnı yenidən cəza təcridxanasına salındı

Navalnı yenidən cəza təcridxanasına salındı

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı 11 sutkalıq cəza təcridxanasına salınıb.

AzerTimes xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində bildirib.

“Yaxşı, bu kifayətdir. Yoxsa rahatlıq gələ bilər. Yenə 11 sutkalıq cəza təcridxanası. Çünki məşq meydançasını pis təmizləmişəm və leytenant Neymoviçi adı və atasının adı ilə deyil, “leytenant Neymoviç” deyə müraciət etməklə təhqir etmişəm”, – deyə Navalnı qeyd edib.

Teqlər: