Məlumat təsdiqləndi: 30-a yaxın rus hərbçisi öldürüldü

Məlumat təsdiqləndi: 30-a yaxın rus hərbçisi öldürüldü

Ukrayna aviasiyası ötən sutka ərzində Rusiya ordusunun mövqelərinə 22 zərbə endirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyaya məxsus 2 “Ortlan-10” və 6 “Şahid-136” PUA-sı məhv edilib.

Bundan əlavə qeyd olunub ki, oktyabrın 29-da Zaporojye vilayətində düşmənin döyüş sursatı anbarlarının məhv edilməsi təsdiqlənib. Bundan başqa, rus hərbçilərinin cəmləşdiyi ərazilərə zərbələr nəticəsində 5 ədəd hərbi texnika məhv edilib, 30-a yaxın rus hərbçisi öldürülüb, 100-ə yaxını isə yaralanıb.

Teqlər: