UEFA: “Qarabağ” 11 oyundur qalib gəlir

UEFA: “Qarabağ” 11 oyundur qalib gəlir

UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib.

AzerTimes xəbər verir ki, qurum Avropa Liqasının Tvitter hesabında Azərbaycanın turnirin qrup mərhələsindəki təmsilçisinin fotolarını izləyicilərə bölüşüb.

Paylaşımda Ağdam təmsilçisinin Misli Premyer Liqasında bu mövsüm keçirdiyi 11 matçın hamısında qalib gəldiyi bildirilib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində 5 matçdan 2-də qələbə qazanıb, 1-də heç-heçə edib, 2-də isə uduzub.

Teqlər: