NATO Serbiya hakimiyyətinin Kosovo və Metoxiyaya polis və ordu göndərilməsi tələbini rədd edib.
AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Onlar Serbiya hökumətinə göndərdikləri məktubda BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə istinad edərək Serbiya ordusunun Kosovo və Metoxiyaya girməsinə ehtiyac olmadığını yazıblar”, – Vuçiç bildirib.