Erməni polisi Gümrüdəki hərbi bazaya girişləri bağladı

Erməni polisi Gümrüdəki hərbi bazaya girişləri bağladı

Gümrü şəhərində polislər elan edilən anti-Rusiya aksiyasından əvvəl Rusiyanın bu şəhərdə yerləşən 102-ci hərbi bazasına girişləri bağlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan “Milli Demokratik Qütb” siyasi hərəkatının üzvü Vaqe Qasparyan Ermənistanın Rusiya Federasiyasının 102-ci hərbi bazasını blokadaya ala biləcəyini bildirmişdi.

“Xalqımıza müraciət edəcəyik ki, Gümrüdəki hərbi bazanı blokadaya alsınlar. Rusiya hərbi bazası mühasirəyə alınacaq”, – deyə V.Qasparyan bildirmişdi.

Teqlər: