“Vaqner” rusiyalı qubernatora müqavilə təklif etdi

“Vaqner” rusiyalı qubernatora müqavilə təklif etdi

Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoyt “Vaqner” özəl hərbi şirkətinin təlimlərində iştirak edib.

AzerTimes xəbər verir ki, qubernator bu barədə özünün Teleqram kanalında yazıb.

Qubernator bildirib ki, vilayət administrasiyasının üzvləri ilə birlikdə “Vaqner”in bazasında olub:

“Təlimlər real döyüşə olduqca yaxın aparılırdı”.

“Vaqner”in mətbuat xidməti də məlumatı təsdiqləyib və bildirilib ki, qubernator təlimlər zamanı hərbçilərlə birlikdə olub, kazarmada gecələyib.

Təlimin sonunda isə Starovoyta müqavilə imzalamaq təklif olunub.

Teqlər: