NATO-nun növbədənkənar zirvə görüşü başlayıb

Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət
başçılarının növbədənkənar zirvə görüşü başlayıb.

Trend-in
məlumatına görə, iclasda 30-a yaxın ölkənin nümayəndələri iştirak
edir. Tədbirin əsas mövzusu Rusiyanın Ukraynada keçirdiyi hərbi
əməliyyatlar olacaq.

Ukrayna prezidenti Volodimir Zelenskinin video formatda çıxışı
planlaşdırılır.

Qeyd olunur ki, iclasdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşüb və Ukraynadakı
vəziyyəti müzakirə edib.

Teqlər: