NATO Kiyevdəki nümayəndəliyini müvəqqəti olaraq bağlayır

NATO Kiyevdəki ofisini müvəqqəti bağlayır və əməkdaşlarını
Brüssel və Polşa ilə sərhəddən təxminən 70 kilometr aralıda
yerləşən Lvova təxliyə edir.

AzerTimes-ın məlumatına görə, bu barədə Norveçin “Verdens Gang”
qəzetinə Alyansın mətbuat xidmətindən məlumat verilib.


“NATO və ona üzv dövlətlər vəziyyəti çox diqqətlə izləyir və
qiymətləndirir və bütün lazımi tədbirləri görür. Əməkdaşlarımızın
təhlükəsizliyi yüksək prioritetdir, buna görə də işçilər indi Lvov
və Brüsselə köçürülüblər. Beləliklə, NATO-nun Ukraynadakı ofisləri
hələ də fəaliyyət göstərir”, – NATO sözçüsü nəşrə bildirib.