Mövlud Çavuşoğlu koronavirusdan sağalıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusdan
sağalıb.

Trend xəbər verir ki, bu barədə nazir öz rəsmi “Twitter”
səhifəsində bildirib.


“Allaha şükürlər olsun ki, COVID-19 testim mənfi çıxdı. Bu
prosesdə dəstəyinə və dualarına görə hər kəsə təşəkkür edirəm.
Rəbbim bütün xəstələrimizə şəfa versin”, – M. Çavuşoğlu paylaşımda
bildirib.

Teqlər: