NATO-dan Türkiyəyə çağırış: Sazişi uzat!

NATO-dan Türkiyəyə çağırış: Sazişi uzat!

NATO Türkiyəyə taxıl sazişinin davam etdirilməsinə səbəb olan səylərinə görə təşəkkür edir, bu sazişin uzadılmasına və genişləndirilməsinə çağırır.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökumətinə taxıl təşəbbüsünü yenidən işə saldıqları üçün təşəkkürümü bildirdim. Əgər bu taxıl bazarlara çıxmasaydı, ərzaq qiymətləri qalxacaq və milyonlarla insan əziyyət çəkəcəkdi. NATO bu təşəbbüsün uzadılmasına və genişləndirilməsinə çağırır”, – Stoltenberq qeyd edib.

Teqlər: