Narkotik vasitələrin dövriyyəsinə və oğurluğa görə 11 nəfər saxlanılıb

Lənkəranda keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 11 nəfər
saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli
bilinən 10 nəfər rayon sakini saxlanılıb. Şəxsi axtarış zamanı
onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə
aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əlavə
əməliyyat-axtarış tədbirləri ilə onlardan dördünün – Ş.Məmmədov,
M.Hüseynov, Q.Məmmədli və D.Əsgərovun oğurluq əməllərinin də üstü
açılıb. Belə ki, həmin şəxslərin ayrı-ayrılıqda rayon ərazisindəki
müxtəlif ünvanlardan oğurluqlar etdikləri müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir
əməliyyat zamanı isə rayonun Gərmətük qəsəbəsi ərazisində yerləşən
anbardan 3070 manat dəyərində elektrik avadanlıqları və
təmir-tikinti materialları, bir yaşayış evindən isə məişət əşyaları
oğurlamaqda şübhəli bilinən rayon sakini F.Quliyev saxlanılıb.

Qeyd edilən faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma
aparılır.

Teqlər: