ATƏT-in Minsk Qrupunun fəaliyyətinə bundan sonra ehtiyac yoxdur – Rauf Əliyev

Minsk qrupu 1992-ci ilin martında Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsi(o zaman təşkilat hələ ATƏT adlanmırdı)
təşklilatı tərəfindən yaradılıb. ATƏT 1995-ci ildə Rusiya ilə ABŞ-ı
Minsk qrupunun həmsədrləri kimi qəbul edib. 1997-ci ildə Fransaya
da həmsədirlik verilib. Bununla da qrupda həmsədrlik üçtərəfli
səviyyəyə qalxıb. Bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı sülh konfransının təşkil edilməsi məqsədilə
Minskdə yaradılıb. Ona bu üzdən Minsk qrupu adı verilib. Minsk
qrupunun təxminən 30 il davam etmiş fəaliyyəti heç bir nəticə
verməyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Qəhrəman
Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər
nəticəsində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızin
işğaldan azad edilməsindən sonra bu təşkilatın görə biləcəyi bir iş
qalmayıb. Cənab Prezident İlham Əliyev Minsk qrupunun fəaliyyəti
barədə belə deyib: “… Biz bu münaqişəni özümüz həll etdik. Minsk
Qrupu ikinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və
həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də
yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə
sıfır… Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi
yollarla həll edib”. Cənab Prezidentin bu sözlərini Azərbaycanın
ATƏT-in Minsk qruru ilə bağlı yekun qərarı kimi də qiymətləndirmək
olar. Belə ki, 44 günlük müharibə ilə Azərbaycan 28 ildən artıq
davam edən “ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsini
hərbi-siyasi yolla yekunlaşdırdı.

ATƏT-in Minsk qrupu bu münaqişəni sülh yolu ilə həll etməli idi.
Bu qurum bu münaqişəni həll edə bilmədiyi kimi , baş verən
müharibənin də qarşısını ala bilmədi. Hazırda Azərbaycan
Ermənistanla münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin
bağlanması ilə danışıqları Rusiya və Avropa İttifaqının
vasitəçiliyi ilə aparır. 6 aprel 2022-ci il tarixdə Avropa İttifaqı
(Aİ) Şurasının Prezidenti Şari Mişelin vasitəçiliyi və iştirakı ilə
Azərbaycan respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın
Baş naziri Nikol Paşinyan arasında Bürisseldə keçirilmiş görüş və
bu görüşdə əldə olunmuş razılaşma buna bariz nümunədir. Bu onu
göstərir ki, sülh müqaviləsinin hazırlanması İrəvanın istədiyi kimi
Minsk qrupu çərçivəsində deyil, ikitərəfli formatda keçiriləcək.
Görüş nəticəsində qəbul edilmiş Bəyənatda ATƏT-in Minsk qrupunun
adı çəkilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan
razılaşmalara istinad edilir: bu, Minsk qrupu formatının faktiki
olaraq kənarda qaldığını və yerini Aİ-yə verməsi deməkdir. Bütün
bunlar deməyə əsas verir ki, artıq bundan sonra Minsk qrupunun
fəaliyyətinə ehtiyac yoxdur.

Rauf Əliyev

Milli Məclisin deputatı

Teqlər: