Narkotik təsiri altında taksi sürən şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitənin
təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən
edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, şəhər
sakini İ.Vəliyev idarə etdiyi “VAZ 21015” markalı avtomobilin
sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.
Onun narkotik vasitənin təsiri altında olmasına dair şübhələr
olduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə
əsasən sürücünün marixuana qəbul etdiyi sübuta yetirilib.


İ.Vəliyev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir
görülüb.

Teqlər: