“Nargis” Fondu tərəfindən iftar çadırlarının qurulma layihəsinə Ziraat Bank Azərbaycan dəstəyi

Sosial fəaliyyətləri ilə daim diqqətləri öz üzərinə çəkən Ziraat
Bank Azərbaycan bir daha xeyriyyəçilik layihəsinin həyata
keçirilməsinə dəstək olub. Bank, “Nargis” Fondu tərəfindən Ramazan
Bayramı münasibətilə Aprel ayının son həftəsində, Qəbələ şəhərinin
mərkəzində yüksək səviyyədə həyata keçirilmiş iftar çadırlarının
qurulması layihəsində öz dəstəyini əsirgəməyib.

Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin də
iştirak etdiyi layihə çox sayda insana, habelə rayon və kəndlərdə
yaşayan əhaliyə töhfə vermək məqsədilə 5 gün olmaqla şəhərin
mərkəzində həyata keçirilib. Fond sadəcə şəhərin mərkəzində
çadırları təşkil etməklə qalmayıb, həmçinin hazırlanmış iftar
süfrəsinə qoşula bilməyən sakinlərə də əlavə sovqatlardan evlərinə
paylanmasını təmin etmişdir.

Qeyd etmək lazımdır ki, Ziraat Bank Azərbaycan və Nargis Fondu
arasındakı xeyriyyəçilik əməkdaşlığı ilk deyil. Belə ki, Bank
Fondun yüksək səviyyədə təşkilatçılığı ilə ənənəvi olaraq həyata
keçirilən bu layihənin 2019-cu il tarixində ilk tərəfdaşlarından
biri olmuşdur.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedinsosial
media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə
bilərsiniz.

Teqlər: