Rusiya Bankı uçot dərəcəsini bir ayda ikinci dəfə azaltdı

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 14 faiz
səviyyəsinədək azaldıb.

Trend-in
məlumatına görə, bu barədə bankın bu gün keçirilən iclasında qərar
verilib.

Qeyd olunur ki, apreldə inflyasiyanın azalması fonunda Rusiya
Bankı uçot dərəcəsini üç faiz azaldıb.

Bu, aprel ayında qəbul edilən ikinci analoji qərar olub. Aprelin
11-də Rusiya Bankı uçot dərəcəsini 20 faizdən 17 faizədək
azaltmışdı.

Xatırladaq ki, Rusiya Bankı fevralın sonunda Rusiya
iqtisadiyyatına tətbiq olunan sanksiyalar fonunda uçot dərəcəsini
9,5 faizdən 20 faizədək yüksəltmişdi.