Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edib (FOTO)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların
qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı
müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq
tədbir görürlər.
Aprelin 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-polkovniki Səfər Mehdiyev Xaçmaz rayon Heydər Əliyev
Mərkəzində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul
edib.

Trend xəbər verir ki, DGK sədri Səfər Mehdiyev qəbuldan öncə
Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə
keçirilən qəbulda Xaçmaz və Şabran rayonları sakinlərinin
müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən
idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı
olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın
müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi
yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün
müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Teqlər: