“Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir

“Nar” Beynəlxalq Kitab günündə Azərbaycanın ən böyük ödənişsiz
səsli kitabxanası olan “Canlı Kitab” layihəsindən daha çox insanın
xəbərdar olması və faydalanması üçün “Facebook” və “Instagram” səhifələrində
maraqlı müsabiqə keçirir. Mobil operatorun sosial media
səhifələrini izləməklə müsabiqənin şərtləri ilə tanış ola və
dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.

Azərbaycandilli auditoriya üçün yaradılmış “Canlı Kitab
səhifəsində 70-dək müəllifin 600-ə yaxın bədii ədəbiyyat əsəri
səsləndirilib. Qısa zaman ərzində zəngin kitabxana quran “Canlı
Kitab”, bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlara, həmçinin
vaxt azlığı səbəbindən kitab oxumağa imkanı olmayan şəxslərə
çatdırır. Beynəlxalq Kitab günü münasibətilə “Belə-belə işlər”
komandası da bu audio kitabxananın ərsəyə gəlməsi və önəmi barədə
maraqlı videosüjet hazırlayıb. Videosüjeti “Belə belə işlər”
layihəsinin sosial media səhifələrindən
izləyə bilərsiniz
.

“Canlı Kitab” layihəsi mobil operator “Nar”ın dəstəyilə ərsəyə
gəlib və bu tərəfdaşlıq sayəsində audio kitabxana yenilənir və
ödənişsiz əsasda fəaliyyət göstərir. Hazırda audio resursların
digər sosial media platformalarına yerləşdirilməsi prosesi
başlayıb. Yaxın günlərdə səsli kitab həvəskarları “SoundCloud” üzərindən də
“Canlı Kitab”ı dinləyə biləcəklər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur.

Teqlər: