“Nar” Azərbaycanın azad edilmiş ərazilərində şəbəkəsini genişləndirir

“Nar” mobil operatoru Azərbaycanın Şuşa, Ağdam, Füzuli kimi azad
edilmiş şəhərlərində öz şəbəkələrini quraşdırıb.

Trend-in məlumatına görə, bunu “Nar (Azerfon)”
mobil operatorunun baş direktoru Qunnar Panke “Nar”ın 15 illiyinə
həsr olunmuş mətbuat kofransında deyib.

Onun sözlərinə görə, yerli bazarda “Nar”ın payı 23 faiz təşkil
edir.

Baş direktor əlavə edib ki, 1,4 milyon abunəçi 4G şəbəkəsinin
istifadəçisidir.

“Nar” şəbəkəsi Azərbaycan ərazisinin 99 faizini əhatə edir.
Şəbəkəmizin bölgələrdə, o cümlədən, azad edilmiş ərazilərdə
genişləndirilməsi üçün işlər aparılır. Bu gün biz öz şəbəkəmizi
Şuşa, Ağdam, Füzuli və Qarabağın digər rayonlarında quraşdırmışıq”,
– Q.Panke deyib.

(Tərcümə: Orxamn Nəbiyev)