Ən qısa müddətdə atəşkəslə bağlı razılıq əldə olunmalıdır – Çavuşoğlu

Rusiya və Ukrayna arasında ən qısa müddətdə atəşkəslə bağlı
razılıq əldə olunmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyənin
xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, müharibədən bəri bu, ən məhsuldar görüş
oldu.

“Bu gün tərəflər arasında yaxınlaşmanın hər mərhələdə artdığını
görməkdən məmnunuq. Ukrayna və Rusiya nümayəndə heyətlərinin
İstanbulda keçirilən görüşündə bəzi mövzularda müəyyən razılıqlar
əldə olundu. Əvvəlcə xarici işlər nazirləri, sonra isə liderlər
səviyyəsində görüş keçirilə bilər”, – deyə əlavə edib.

Teqlər: