Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın
21-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib.

AzerTimes xəbər verir
ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2”
Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban
Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini
Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport
verdi, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirildi.

Teqlər: