Əgər bu sualı özünüzə verirsinizsə, deməli yeni saytı internetdə
yerləşdirmək və ya mövcud olanı digər paketə köçürməyi
düşünürsünüz. Lakin sizə tam uyğun paketi seçmək o qədər də asan
bir iş deyil. Çünki, bir çox paketlər və onların təşkil etdiyi
üstünlüklər arasında seçim edərkən, bir-birindən fərqli cəhətlərini
anlamaq çox vacibdir. Uyğun hostinq paketinin seçimində sizə kömək
etmək üçün, axtarış zamanı yaranan əsas suallar siyahısını
yaratdıq:
1. Saytımın miqyası nə qədərdir?
Saytların ölçüləri bir-birindən fərqlənir: kiçik bir səhifəli
saytlardan tutmuş çətin infrastruktura malik böyük e-ticarət
saytlarına kimi dəyişir. Buna görə, sayt üçün tələb olunan
resursların sayı da fərqlənir. Saytınızın nə dərəcədə həcmli olduğu
və gələcəkdə həcminin nə qədər dəyişə biləcəyi haqqında öncədən
diqqətlə düşünmək vacibdir.
2. Saytınızın təhlükəsizliyi hansı səviyyədə
olmalıdır?
Əlbəttə ki, heç kim saytına kiber-hücum edilməsini istəmir və
hər bir saytın müəyyən səviyyəli təhlükəsizliyə ehtiyacı var.
Üzərindən satışlar edilən və istifadəçilərin vacib məlumatlarını
toplayan saytların təhlükəsizliyinə xüsusən diqqət yetirilməlidir.
Əgər saytınızın istifadəçiləri bank kartlarının məlumatlarını sizə
etibar edirlərsə, saytınızı müvafiq qorunma ilə təmin edib,
etimadlarını doğrultmaq çox vacibdir.
3. Saytım nə qədər trafik qəbul edir?
Adətən yeni qurulmuş saytlar az trafik qəbul edir. Lakin, artıq
hazır sayt sahibisinizsə, gələn trafikin yaxın gələcəkdə necə
dəyişə biləcəyini hesablamanız məsləhətdir.
4. Saytımın yüklənmə sürəti necə olmalıdır?
Yüklənmə sürəti saytınızın uğurlu olmasında vacib rol oynayır.
Buna görə, saytınızı yüksək yüklənmə sürəti ilə təmin edən hostinq
paketini seçməlisiniz. Çünki, istifadəçinin saytınızda vaxt
keçirməsi və ya gözləməkdən bezib onu tərk etməsi məhz onun
sürətindən asılıdır. Yüksək trafik qəbul edən böyük saytlar üçün
onları müvafiq yüklənmə sürəti ilə təmin edən hostinq paketi seçmək
məqsədəuyğundur.
5. Birdən artıq domen adına ehtiyacım olarsa necə
olar?
Bir çox domen kimə lazım ola bilər?
Məsəslən, bir neçə biznes layihələri olan sayt sahiblərinə. Bu
halda bir çox domen adının istifadəsini mümkün edən hostinq paketi
seçilməlidir. (Hostimul təklif etdiyi Expert paketində domen
adlarının sayı limitsizdir).
6. Xüsusi parametlərə ehtiyacım varmı?
Paylaşımlı hostinqin qiymətləri sərfəli olsa da bu növ hostinq
müəyyən limitləri nəzərdə tutur. Bəzi sayt istifadəçiləri üçün bu
fakt əhəmiyyətli olmaya bilər, lakin saytı öz şərtləri ilə qurub,
onu tam idarə etmək istəyənlərə VPS və ya Ayrılmış serveri seçməyi
məsləhət görürük.
Müvafiq Hosting paketinizi seçmək üçün Hostimul-a müraciət
edin.