Nazir Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edib (FOTO)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə
qurumlarının rəhbərlərinin 2022-ci ilin aprel ayı üzrə şəhər və
rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf
və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad rayonunda vətəndaşları
qəbul edib.

Qəbuldan əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və
önünə gül dəstəsi qoyub.

Görüşdə Sabirabadla yanaşı, Saatlı və İmişli rayon sakinlərinin
nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı
və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin
tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar
nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi
yerində həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə
aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq
müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Teqlər: