Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi

“Nar” 28 May Müstəqillik Günü ərəfəsində araşdırmaçı-yazar
Dilqəm Əhmədin tərtib etdiyi “Cümhuriyyət Xatirələri” kitabını nəşr
etdi. Müstəqillik günü münasibətilə nəşr olunan kitab Cümhuriyyət
dövrünün ictimai-siyasi xadimlərinin yazılarının toplusudur.

Kitabda azərbaycanlı və türkiyəli ictimai-siyasi xadimlərin
Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, ordusu və işğal dövrü ilə
bağlı yazıları yer alır. Eləcə də, tariximizin görkəmli
şəxsiyyətlərinin müraciətləri, tərcümeyi-halları və fotoşəkilləri
də oxuculara təqdim olunur. Əhatə etdiyi mövzuların əhəmiyyəti
nəzərə alınaraq, ADA Universitetində müəllif Dilqəm Əhmədin
iştirakı ilə “Cümhuriyyət Xatirələri” kitabının müzakirəsi də
təşkil edilib.

Həmçinin, kitaba olan marağı nəzərə alaraq, “Nar”ın sosial media
səhifələrində müsabiqə keçirilir: Milli tariximizlə bağlı təqdim
olunan suallara cavab verən sosial şəbəkə istifadəçilərinə “Nar”
Cümhuriyyət Xatirələri” kitabını hədiyyə edir.

Kitabın daha çox insana çatması və ələxsus görmə məhdudiyyətli
şəxslər üçün də əlçatan olması məqsədilə, 28 may tarixindən
etibarən “Cümhuriyyət Xatirələri” kitabını “Canlı Kitab
“YouTube” kanalında da dinləmək mümkün olacaq.

“Nar” ölkəmizdə və xaricdə yaşayan hər bir azərbaycanlını əziz
bayramımız münasibətilə təbrik edir və milli dövlətçiliyimizin
əbədi davam etməsini diləyir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur.

Teqlər: