Prezident İlham Əliyev: Bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək

Biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı
kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək
planlarımız da belədir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan
rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə
çıxış edərkən bildirib.

Dövlətimizin başçısı deyib ki, birinci mərhələdə hər rayonda bir
çox kəndlər seçilib və ilk növbədə, orada işlər aparılacaq. Ondan
sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa
edəcəyik.

“Bu il də investisiya proqramı təsdiq olunub və proqrama
əlavələr də ediləcək. Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz
dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər
daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona
görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər
etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük
həcmdə iş görək”, – deyə Prezident vurğulayıb.

Teqlər: