Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində böyük nailiyyətlər əldə olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11
fevral tarixində “Qobu” Enerji Qovşağının aşılışı zamanı AZƏRTAC-a
verdiyi müsahibədə bir-çox mühüm məsələlərə münasibət bildirmişdir.
Qeyd olunmuşdur ki, müstəqillik dövründə Azərbaycanda ölkənin
enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət
ərzində böyük nailiyyətlər əldə olunub. Müstəqilliyimizin ilk
illərində Azərbaycanda vəziyət tam başqa idi. Mövcud enerji
mənbələri tələbatı ödəyə bilmirdi. Respublikamız məcbur idi ki,
elektrik enerjisini, təbii qazı idxal etsin. İndi vəziyyət təmamilə
dəyişib. Bu gün Azərbaycan dünya miqyasında bütün enerji
komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir.

“Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük
enerji obyektlərindən biridir. Azərbaycanda enerji sahəsində böyük
işlər görülüb. Nəhəng enerji obyektlərinin inşası zaman tələb
edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində nəhəng enerji
obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər
verir.

Təkcə 2021-ci il ərzində Azərbaycanda 27 milyard kilovat saat
elektrik enerjisi ixrac olunmuşdur. Azərbaycan artıq elektrik
enerjisi ixrac edən ölkədir. Həm artan daxili tələbat, həm də
xaricdə enerji gücümüzə olan tələbat yeni addımların atılmasına
sövq edir. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng
enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və
texniki imkanlarından xəbər verir.

Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisini ixrac edir.
Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat
elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi
ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta
Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan
nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm
təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik
enerjisini ixrac edir.

Respublikamızda enerji sektorunun inkişafına xarici investorlar
cəlb olunurlar. Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici
ölkədir. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri –
“ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında
təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq
gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl
rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik
stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik
stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb ƏmirliklərininMazdar
şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450
meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280
meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Eyni zamanda, Azərbaycan bərpaolunan enerji potensialını
artırır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası
var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”,
“Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik
stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik
stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da
təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş
torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı
var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı
potensialı 150 min meqavatdan çoxdur;

Azərbaycanda icra olunan enerji layihələri həm iqtisadi, həm də
geosiyasi əhəmiyyt daşıyır. Artan enerji ixracı ölkənin iqtisadi və
geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır.
Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik
enerjisindən də valyuta qazanacaqdır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: