“MÜSİAD Azərbaycan” ilə Körfəz Ticarət Palatası Azərbaycanda və Türkiyədə birgə həyata keçirilə biləcək layihələri müzakirə edib

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Türkiyənin
Körfəz Ticarət palatası arasında görüş keçirilib. AzerTimes-ın
məlumatına görə, görüşdə tərəflərin Azərbaycanda və eləcə də,
Türkiyədə birgə həyata keçirilə biləcək investisiyalar və birgə
layihələrin prespektivi müzakirə olunub.

Görüş MÜSİAD Azərbaycan prezidenti Rəşad Cabirli , Körfəz
Ticarət Palatasının sədri Güngör Ayhan və palatanın İdarə Heyətinin
sədri Rəcəb Öztürk arasında keşirilib.
Eyni zamanda Kocaeli şəhərinin Ticarət Müdiri Veysi Uzunkaya,
Türkiyə Ticarət Nazirliyi İstehlakçıların Hüquqlarının Müdafiəsi və
Bazar Nəzarəti Baş Müdir müavini Oğuz Şahin və digər iş adamları
heyəti MÜSİAD Azərbaycanı ofisini ziyarət ediblər.

Rəşad Cabirli və İdarə Heyətinin üzvlərinin iştirak etdiyi
görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə edilib,
birgə investisiyalar və sektor iş adamları ilə görüş layihələri
üzrə yol xəritəsi müzakirə edilib.

Qeyd edək ki , mayın 18-də MÜSİAD Azərbaycanın təşkilatçılığı
ilə Bakıda iş adamlarının görüşü keçirilib. Görüşdə Türkiyənin
Kocaeli bölgəsinin Körfəz Ticarət Palatasından 30 nəfərlik
nümayəndə heyəti, eyni zamanda MÜSİAD Azərbaycan üzvləri və 150-dən
çox iş adamı iştirak edib.

İş dünyasının önəmli simalarının bir araya gəldiyi görüşdə
əlaqələrin möhkəmləndirilməsi və birgə iş imkanları müzakirə
olunub.

Teqlər: