MÜSİAD Azərbaycan 2022-ci il üçün inkişaf strategiyasını hazırlayıb – Rəşad Cabirli (FOTO)

MÜSİAD Azərbaycan 2022-ci ilin əvvəlində bu il üçün inkişaf
strategiyasını hazırlayıb.

Bunu Trend
təşkilatın rəhbəri Rəşad Cabirli deyib.

Onun sözlərinə görə, MÜSİAD-ın Azərbaycan nümayəndəliyi kənd
təsərrüfatı və turizm kimi sektorlarda biznes münasibətlərinin
inkişafı üzrə işlər aparır.

“Biz Azərbaycan və Türkiyə biznesləri arasında ikitərəfli
münasibətlərin möhkəmlənməsini hədəfləyirik. Xatırladıım ki, bir
neçə ay əvvəl MÜSİAD və TÜİB Azərbaycan tərəfi ilə investisiyaların
genişləndirilməsi məsələsini müzakirə edib. Bu istiqamətdə
Azərbaycan biznesinin 50-yə yaxın nümayəndəsi ilə görüşlər
planlaşdırılır. Həmçinin 2021-ci ilin noyabrında Azərbaycanda
keçirilmiş və 32 ölkədən 570 iş adamının iştirak etdiyi beynəlxalq
forumu xatırlatmaq istəyirəm. Bu gün biz həmin forumun
iştirakçıları ilə Azərbaycan bazarına investisiyaların cəlb
olunması məqsədilə danışıqları davam etdiririk”, – deyə o
bildirib.

R.Cabirli qeyd edib ki, noyabrda İstanbulda MÜSİAD EXPO
sərgisinin keçirilməsi planlaşdırılır.

“Bu sərgidə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin stendinin nümayiş etdirilməsi planlaşdırılır. Həmçinin
bu agentliyin dəstəyi ilə ixrac potensialına malik bir sıra
Azərbaycan şirkətləri iştirak edəcək”, – o deyib.

Bakıda keçirilən 15-ci “Caspian Agro” beynəlxalq kənd
təsərrüfatı sərgisi və 27-ci “InterFood Azerbaijan” beynəlxalq qida
sənayesi sərgisi barədə danışan R.Cabirli qeyd edib ki, bu, kiçik
və orta biznes üçün beynəlxalq əlaqələri artırmaq üçün əlavə
stimuldur.

“Azərbaycanda yerli ofisi olan çox sayda Türkiyə şirkəti
işləyir. Onlar hər zaman Bakıda və rayonlardan keçirilmiş
sərgilərdə fəal iştirak edib. Hesab edirəm ki, bu cür sərgilərin
keçirilməsi, xüsusilə də post-pandemiya dövründə işgüzar
fəaliyyətin aktivləşdirilməsi üçün əlavə imkanlar yaradır”, –
R.Cabirli bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: