“Araz Naxçıvan”a texniki məğlubiyyət verildi

Region Liqasının yarımfinalında “Xan Lənkəran”a qalib gələrək
finala vəsiqə qazanan “Araz Naxçıvan” klubuna texniki məğlubiyyət
verilib.

Trend xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar
çıxarıb.

Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin
Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən
edilib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyyət
alıb.

Qarşılaşma “Araz Naxçıvan”ın 2:1 hesablı qələbəsi ilə
yekunlaşmışdı.

Beləliklə, Region Liqasının finalında “Xan Lənkəran” və “Cəbrayıl” komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın
20-də Şamaxı şəhər stadionunda oynanılacaq.

Teqlər: