Münhen “Bavariyası” ardıcıl olaraq 10-cu dəfə futbol üzrə Almaniya çempionu olub

Münhenin “Bavariya” futbol klubu ardıcıl olaraq 10-cu dəfə
Almaniya çempionu olub.

Trend xəbər
verir ki, şənbə günü Almaniya çempionatının 31-ci turu çərçivəsində
doğma meydanda Dortmund “Borussiya”sını qəbul edən “münhenlilər”
3:1 hesabı ilə qalib gələrək vaxtından əvvəl çempionluq sevincini
yaşayıb.

“Bavariya”nın heyətində qolları Serj Qnabri (15-ci dəqiqə),
Robert Levandovski (34) və Camal Musiala (83) vurub. “Dortmundlular”ın yalnız bir qola gücləri çatıb. Əmrə Can 52-ci
dəqiqədə penaltini dəqiq yerinə yetirərib.

Bu qələbə ilə “Bavariya” 31 oyundan 75 xal toplayıb və eyni
oyundan 63 xal qazanan “Borussiya” üçün əlçatmaz olub. Çempionatın
sonuna kimi komandalar daha üç görüş keçirəcək. Hətta üç qələbə
qazandığı halda, “Borussiya” yalnız 72 xal toplaya biləcək.

Qeyd edək ki, “Bavariya” Almaniya çempionatında ən çox titul
qazanan komandadır – “münhenlilər” 32 dəfə ölkə çempionluğunu
bayram ediblər.

Teqlər: