Cüdoçularımız Avropa kuboku yarışlarının ilk günündə 3 medal qazanıblar

Azərbaycan cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçirilən
böyüklər arasında Avropa kuboku turnirinin ilk yarış gününü 2 qızıl
və 1 bürünc medalla başa vurublar.

Trend xəbər
verir ki, qızıl medalları komandamızın aktivinə İsmayıl İbrahimov
(66 kq) və Nəriman Mirzəyev (73 kq) yazdırıblar. Həlledici
mərhələdə İ. İbrahimov (66 kq) italiyalı rəqibi Leanardo
Valeriyanini, Nəriman Mirzəyev (73 kq) isə İtaliyanın digər
idmançısı Qabriyele Sullini məğlub ediblər.

Komandamızın üzvü Nazir Talıbov (60 kq) bürünc medal qazanıb. O,
üçüncü yer uğrunda mübarizədə niderlandlı Bart Velinqə qalib
gəlib.

Azərbaycan iki gün davam edəcək turnirə 10 cüdoçu ilə qatılıb.
Avropa kuboku yarışında 25 ölkədən 300-ə yaxın cüdoçu iştirak
edir.

Teqlər: