Müharibəni uduzduq: indi iki ssenari var – Piontkovski

Müharibəni uduzduq: indi iki ssenari var – Piontkovski

Ukraynada başlayan məğlubiyyət qarşısında Kreml elitasının nə edə biləcəyi və etməli olduğu ilə bağlı iki mümkün ssenari var.

AzerTimes xəbər verir ki, bu barədə rusiyalı politoloq Andrey Piontkovski danışıb.

“Müharibəni uduzduq: siyasi elitanın bunu etiraf etmək və Ukraynanı könüllü tərk etmək şansı var, bonus olaraq o, hakimiyyəti özündə saxlayır. Həm Qərb, həm də Ukrayna bununla razılaşır. Ukrayna təhlükəsizliyin bərpasından başqa heç nə ilə maraqlanmır.

Amma ikinci variant Ukraynanı növbəti qanlı toqquşmalar və rüsvayçılıq döyüşləri ilə və bütün siyasi sistemin dağılması ilə tərk etməkdir. Rusiyada məsələ indi belədir Ən qısa zamanda qərar vermək lazımdır. Amma Putin təslim olma və Ukraynadan könüllü çəkilmə ssenarisinə əsas maneədir. İnsanlar çox yaxın gələcəkdə bu cür qərar verməli olacaqlar”, – Piontkovski qeyd edib.

Teqlər: