Bakıda qəza: xəsarət alan var

Bakıda qəza: xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, Xəzər rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1975-ci il təvəllüdlü Axundova Esmira Cəmil qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: