Muğanbank Mugan Junior kartının şagirdlər arasında tanınması
məqsədilə Evrika liseyində təqdimat keçirmişdir. Mugan Junior
kartının təqdimatı Evrika liseyinin 3 fərqli bölməsində,
azərbaycan, rus və ingilis dillərində təhsil alan şagirləri üçün
həyata keçirilmişdir.
Təqdimat zamanı bank əməkdaşları tərəfindən şagirdlərə bankların
fəaliyyəti və məhsulları barəsində məlumatlar verilmişdir. Uşaqlara
nağdsız ödənişlərin üstünlükləri, həmçinin maliyyə xərclərinin
düzgün idarə olunması barəsində maarifləndirici məlumatlar
verilmişdir.
Xatırladaq ki, Mugan Junior kartı 10-16 yaşlı uşaqlar üçün
xüsusi olaraq fərdiləşdirilmiş 2 fərqli dizaynda, eləcə də AZN, USD
və ya EUR valyutalarında pulsuz təklif olunur.
“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda
Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət
göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat
almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə
mümkündür.