Muğanbank daha 13 aztəminatlı şəxsə yardım göstərdi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi
Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali
qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi
istiqamətindəki əməkdaşlıq memorandumuna “Muğanbank” ASC də
qoşulmuşdur.

Uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq
Muğanbank sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı
ailələrinə, qazilərə və müharibə iştirakçılarına əvəzsiz olaraq
vəsaitlərin və avadanlıqların verilməsi istiqamətində fəaliyyətini
davam etdirir.

Dəstək almış 13 vətəndaş sırasında oyun salonu, avtoelektrik,
çatdırılma xidməti, musiqiçi və digər fəaliyyət istiqamətləri ilə
məşğul olan sahibkarlar yer alıb. Bununla da, “Muğanbank” ASC
tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını
həyata keçirmək üçün şərait yaradılmışdır.

“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda
Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət
göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat
almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə
mümkündür.

Teqlər: