Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır

Bu gün saat 11:00-da Təhsil Nazirliyi sisteminə daxil olan
dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin
dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə
start verilir.

Bu barədə
Trend
-ə Təhsil Nazirliyindən bildirilib.

Vakansiya seçimi üçün elektron sistem 23 may saat 11:00-dək
aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək
elektron ərizələrini təsdiqləməlidirlər.

Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə
üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş
namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli
olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi
unutmamaq tövsiyə edilir.

Teqlər: