Diri quşların Azərbaycan ərazisindən tranzitinə məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən,
İndoneziya Respublikasının Açeh və Cava-Timur əyalətlərində dabaq,
İsveç Krallığının Skane əyalətində Nyukasl, Bolqarıstan
Respublikasının Qabrovo vilayətində, Amerika Birləşmiş Ştatlarının
Yuta ştatında, Filippin Respublikasının İsabela, Cənubi Davao,
Cənubi Kotabato və Maqindanao əyalətlərində isə yüksək patogen quş
qripi xəstəliyi qeydə alınıb.

Bu barədə
Trend
-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə
biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə
İndoneziya Respublikasının Açeh və Cava-Timur əyalətlərindən diri
heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına,
həmçinin tranzit daşınmasına, o cümlədən İsveç Krallığının Skane
əyalətindən, Bolqarıstan Respublikasının Qabrovo vilayətindən,
Amerika Birləşmiş Ştatlarının Yuta ştatından, Filippin
Respublikasının İsabela, Cənubi Davao, Cənubi Kotabato və
Maqindanao əyalətlərindən OIE-nin “Quruda yaşayan heyvanların
sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla,
diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş
emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan
alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem
əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə
olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin
inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən
tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə
Amerika Birləşmiş Ştatlarından, İsveç Krallığından, İndoneziya,
Filippin və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə
keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi
üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət
olunub.

Teqlər: