Müəllimlərin yerdəyişməsi ilə bağlı növbəti vakansiya seçimi olacaq

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil
müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi
müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 18 may saat
11:00-da start veriləcək.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən
Trend
-ə verilən məlumata görə, qeyd olunan tarixdə keçiriləcək
vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron
ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimi üçün elektron sistem 23 may saat 11:00-dək
aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək
elektron ərizələrini təsdiqləməlidirlər.

Teqlər: